Azərbaycanın hər yerində sürücüləri bu yolla soyurlar – ŞOK fakt - FOTO

Sosial şəbəkələrdə sürücülərə müraciətlə maraqlı müraciət yayılıb. Müraciətə həm də foto əlavə edilib. Avtosfer.az sürücülərin bu cür dələduzlardan xəbərdar olması üçün həmin məlumatına və fotonu təqdim edir:
«Ehtiyatli olun! Paylaşın!
Əgər yolda gedərkən sizə «marqat» etsələr, əl eləsələr, siqnal versələr saxlamayın. Saxlasanız, yaxınlaşıb sizdən kömək istəyəcək. Deyir ki, pirə gedirəm, maşında anam, bacım, qalmışam yolda, xəstəmiz var, benzinim yoxdu, maşın xarab olub və s. Deyirsən, benzim verim, istəmir, deyirsən, gəl aparım benzin alaq, «zapçast» alaq, istəmir, deyirsən, al 2 manat, problemini həll et, deyir, yekə oğlansan, mən səndən pul dilənmirəm, verirsən, 10-15-20 manat ver. Nömrəmi götür, görüşüb qaytararam və s. Sürdüyün maşına bax, mənə verdiyin pula, adamın oğlanlığı olar və bu kimi sözlər. Maşınınıza və ya sizə xətər də yetirə bilərlər. Maksimum, ehtiyatlı olun. Paylaşın, hamı görsün, xəbərdar olsun».
Qeyd edək ki, artıq iki ildir Azərbaycanın hər yerində bu cür fırıldıqçılara rast gəlmək mümkündür. Bakı ilə yanaşı, bölgələrdə də dilənçilər yeni metod tapıblar. Diqqətli olun!
Cavid
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ











