Azərbaycanın müstəqillik dövründə ilk dəmir yolu qalereyası inşa olunur

Horadiz-Ağbənd dəmir yolu xəttinin 75-ci km də inşa edilən qalereya, Azərbaycan Respublikasının müstəqilliyi dövründə inşa olunan ilk dəmir yolu qalereyasıdır.
Avtosfer.az xəbər verir ki, bu barədə jurnalistlərə Şərqi Zəngəzurda yenidən qurulan, Horadiz - Ağbənd dəmir yoluna media turu çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyi şöbəsinin rəhbəri Sənubər Nəzərova bildirib.
Onun sözlərinə görə Horadiz-Ağbənd dəmir yolu xəttinin 75-ci km-də inşa edilən qalereya, dəmir yolunu dağlardan düşə biləcək qaya parçalarından mühafizəsi üçün layihələndirilib.
"Qalereyanın uzunluğu 144 m-dir. Tikilən qalereyanın qabariti gələcəkdə dəmir yolu xəttinin elektirikləşdirilməsi üçün də imkan verir", - Sənubər Nəzərova qeyd edib.
O, əlavə edib ki, qalereya svaylar üzərində layihələndirilib və onun konstruksiyası monolit dəmir-betondur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












