Azərbaycanla Hindistan arasında birbaşa aviareyslər açıla bilər

Azərbaycanla Hindistan arasında birbaşa aviareyslər təşkil oluna bilər.
Bu barədə “APA-Economics”in sualını cavablandırarkən Hindistanın Azərbaycandakı səfirliyinin birinci katibi Vinay Kumar bildirib ki, qeyd olunan məsələyə dair hazırda müzakirələr aparılır.
“Birbaşa reyslərin təşkili ilə bağlı aviaşirkətlər arasında müzakirələr aparılır. Hazırda iki ölkə arasında birbaşa aviareyslər mövcud deyil”, - deyə Vinay Kumar qeyd edib.
Hindistan tərəfindən Azərbaycan vətəndaşlarına vizaların verilməsi məsələsinə gəldikdə isə səfirliyin rəsmisi bildirib ki, hazırda bu prosedur olduqca asanlaşdırılıb.
“Vizalar 2-3 gün ərzində, hətta əgər təcili məsələ olarsa, müvafiq uyğun sənədlər təqdim edildiyi halda istər biznes, istərsə də turist vizası bir gün ərzində də verilə bilər. Eyni qaydada, Azərbaycan səfirliyi tərəfindən vizaların verilməsilə də problemlər yoxdur. Azərbaycana gəlmək üçün Hindistan vətəndaşları “e-Viza”dan da istifadə edə bilərlər”, - deyə Vinay Kumar qeyd edib.
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO












