Azərbaycanla nəqliyyat əlaqələrinin bərpasında maraqlıyıq - Mirzoyan

"Biz regionun təhlükəsizliyinə toxunduq, mən həmkarıma Cənubi Qafqazdakı mövcud vəziyyəti, Ermənistan və Azərbaycan arasında danışıqların sülh yolu ilə həllinin son mərhələsindəki hadisələri, o cümlədən iki gün əvvəl Almatıda aparılan danışıqların son detallarını təqdim etdim".
Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT sədri ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Nazir bu kontekstdə aprelin 19-da iki ölkənin sərhədlərin demarkasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının imzaladığı razılaşmanı vurğulayıb: "Sərhədin demarkasiyası prosesinin siyasi əsası 1991-ci il Alma-Ata bəyannaməsi olmalıdır. Ermənistanın baş naziri və Azərbaycan prezidenti bu barədə ilk dəfə Praqada razılığa gəliblər və bundan sonra onlar bunu müxtəlif platformalarda müxtəlif hallarda bir daha təsdiqləmək imkanı əldə ediblər.
Biz əminik ki, eyni prinsipi sülh sazişində təsbit etməklə və sülh sazişini imzalamaqla uzunmüddətli münaqişəyə son qoymaq və regionda sabit sülh yaratmaq olar".
XİN rəhbəri sülhün bərqərar olmasının başqa komponentlərinin də olduğunu vurğulayıb: "Onlardan biri regional nəqliyyat infrastrukturlarının blokdan çıxarılmasıdır. Biz “Sülh yollarının kəsişməsi” vizyonumuzu ortaya qoymuşuq, biz nəinki hazırıq, həm də nəqliyyat kommunikasiyasının, ilk mərhələdə Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasında maraqlıyıq".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












