Azərbaycanlı alim Köln Universitet Klinikasında yüksək vəzifəyə təyin olunub

Son aylar beynəlxalq tibbi elmi arenada uğurlar qazanmış Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru Nuran Abdullayevə Almaniyada çalışdığı Universitet Klinikasında yüksək etimad göstərilib.
Avtosfer.az-ın məlumatına görə, Köln Universitet Klinikasının diaqnostik və invaziv Radiologiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışan Nuran Abdullayev İşemik İnsult tədqiqatlarının rəhbəri təyin edilib. N. Abdullayev Almaniyada böyük elmi mərkəzdə müvafiq vəzifəyə təyin olunan yeganə gənc azərbaycanlıdır. O, beynəlxalq elmi arenada insult xəstələri ilə bağlı nüfuzlu elmi jurnallarda ən çox elmi tədqiqatları dərc olunan və aktiv elmi-praktik fəaliyyətlə məşğul olan ilk gənc azərbaycanlı kimi tanınır.
N. Abdullayev Almaniyada insult xəstələrində beyin əməliyyatlarını icra edən ən gənc həkimlərdən biridir. Kəskin işemik beyin insultu xəstələrinin damardaxili operativ müalicəsində onun ideya müəllifi olduğu yeni layihənin ilkin praktik sınaqları bir neçə ay öncə uğurla keçib. Bu layihə çərçivəsində həmyerlimizin kəşf etdiyi və beyin əməliyyatlarında tətbiq olunacaq alətin hazırda Avropada patentləşməsi və eyni zamanda Avropanın bütün insult mərkəzlərində istifadəsi üçün "CE" sertifikatlaşması prosesi davam edir.
N. Abdullayev bir neçə gün öncə Almaniya Azərbaycanlıları Alyansı (AAA) İdarə Heyətinin sədr müavini də seçilib.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












