Azərbaycanlı bloger Rusiyaya ekstradisiya edildi - VİDEO

Azərbaycan Sankt-Peterburq şəhərində axtarışda olan 18 yaşlı bloqer Tural Məmmədovu Rusiyaya ekstradisiya edib.
Bu barədə məlumatı Rusiya Baş Prokurorluğunun Mətbuat xidməti yayıb.
Məlumata görə, azərbaycanlı bloqerə qarşı xuliqanlıq etmək və etnik zəmində düşmənçiliyin qızışdırılması ilə bağlı ittihamlar irəli sürülüb.
Sosial şəbəkələrdə T.Məmmədovun ekstradisiya anının görüntüləri yayılıb.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya mediası Tural Məmmədovun Azərbaycanda saxlanıldığını yazıb. Məlumata görə, T.Məmmədov Sankt-Peterburqda sakinlərə hücum edərək hadisənin görüntülərini lentə alan yeniyetmələrdən ibarət dəstənin başçısı kimi axtarılırmış. Bildirilirdi ki, yeniyetmələr sakinlərə hücum etdikləri anın görüntülərini teleqram kanallarında yaydıqdan sonra məşhurlaşıblar. Məsələ ilə bağlı Rusiyada cinayət işi başladılıb. İlkin informasiyaya əsasən, dəstənin 10 üzvü saxlanılıb. Rusiyanın İstintaq Komitəsi oktyabrın 28-i Məmmədovu beynəlxalq axtarışa verib. (qafqazinfo)
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












