Azərbaycanlı diplomat Latviyada saxta nömrə ilə tutuldu - FOTO

Latviyada Azərbaycanın bu ölkədəki konsulu Nicat Sadıqovun ağlagəlməz hərəkəti ətrafında yaranmış qalmaqal qızışır. Latviya mətbuatında belə bir xəbər yayılmışdı ki, Azərbaycanın konsulu özünün şəxsi avtomobilinə diplomatik nümayəndəliyə məxsus dövlət nömrə nişanını bağlayaraq diplomat adına yaraşmayan hərəkətlərə yol verib. Öz növbəsində Azərbaycan mətbuatı da N.Sadıqovun Azərbaycana çağırıldığı və onunla həm Xarici İşlər, həm də Milli Təhlükəsizlik nazirliklərində “profilaktik söhbət” aparıldığı barədə xəbərlər yaydı. Xəbərə görə, Bakıda aparılan bu söhbətlərdən sonra N.Sadıqov diplomatik nömrə nişanını özünün 80 min dollarlıq “Porsche Cayenne” markalı maşınından açıb. Virtualaz.org saytı bu qalmaqalla bağlı Latviyadakı mənbələrindən yeni məlumatlar alıb. Qaynaq azərbaycanlı diplomatın bu cür yolverilməz addımı barədəki xəbərləri təsdiqləyib. Riqadakı mənbələr bildiriblər ki, Azərbaycanın konsulunun diplomat adına yaraşmayan bu hərəkətləri, onun diplomatik etiket qaydalarını kobud şəkildə pozması Latviya Daxili İşlər Nazirliyinin və yerli xüsusi xidmət orqanlarının diqqətini dərhal cəlb edib. Nəticədə faktla bağlı məlumat bu ölkənin yerli aparıcı nəşrlərinin səhifələrinə düşüb.
Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, nazirlik bu məsələni araşdırmaqla məşğuldur. XİN sözçüsü konsulla bağlı qalmaqalın yarandığını bununla dolayısı ilə təsdiqləyib. Xatırladaq ki, Nicat Sadıqov orta çəkili oliqarxlardan biri hesab edilən və uzun müddət Ağdam Rayon İcra Hakimiyyəti başçısı işləyən Nizami Sadıqovun oğludur. Konsulla bağlı xəbərlər yayılandan sonra ölkə mətbuatında Nizami Sadıqovun Bakıdakı “İzmir” restoranını 8 milyon manata satmaq istəməsi ilə bağlı xəbərlər yayılmışdı. Restoranın satılıb-satılmadığı haqqında əlavə məlumat yoxdur.
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ
BBAK-a gedən sərnişinlərə xəbərdarlıq - FOTO
Naxçıvanda təmir olunacaq avtomobil yollarının SİYAHISI - FOTO
Naxçıvan dəmir yolu şəbəkəsinin yenidən qurulması davam edir - FOTOLAR - VİDEO
“Gec-tez bağlanmalıdır” - Prezident “Metsamor” təhlükəsindən danışdı - VİDEO
Prezident bu ŞAD XƏBƏRİN anonsunu verdi
Naxçıvanda 420 kilometr uzunluğunda yolların çəkilişi və təmiri NƏZƏRDƏ TUTULUB
Zəngəzur dəhlizi açılandan sonra Azərbaycandan İrana ikinci dəmir yolu xətti AÇILACAQ










