Azərbaycanlı dünya çempionu Van Dammla döyüşmək istəyir: “Mən texnikada ondan üstün olardım”

“Jan-Klod Van Damm mənim kumirim olub. Ömür boyu onun kinolarına baxıb idmanla məşğul olurdum. Amma vaxt gəldi, başa düşdüm ki, o, sadəcə aktyordur. Sonradan aydınlaşdırdım ki, o, iki dəfə karatenin yarımkontakt növü üzrə çıxış etsə də, ancaq nəticəsi o qədər də uğurlu olmayıb”.
Avtosfer.az xəbər verir ki, bunu Oxu.Az-a kikboksinq üzrə dünya və Avropa çempionu Eduard Məmmədov deyib.
“Ağ canavar” ləqəbli 43 yaşlı məşqçi Van Dammla döyüşmək istədiyini bildirib:
“Öz tələbələrimə də deyirəm ki, idmanla məşğul olursansa, birinci növbədə özünə kumir seçməlisən. Əgər kikboksinqlə məşğulsansa, Eduard Məmmədov və ya Zabit Səmədovu, futbolu seçmisənsə, Messi və ya Ronaldunu özünə kumir seçə bilərsən. Vaxt vardı ki, evimdə Van Dammın şəkilləri dolu idi. Harada görsəm, onu alıb otağın divarlarına yapışdırırdım.
Onun stullar üzərində şpaqatda oturub kitab oxumasını mən də yeniyetmə illərimdə təkrarlamışam. Onun filmlərdəki hərəkətlərini rinqdə döyüşlər zamanı təkrarlamağa çalışmışam. İndi isə çox xoşdur ki, tələbələrim kumir kimi evdə mənim şəklimi asırlar.
Əlbəttə Van Dammla döyüşmək istərdim. Onunla döyüşmək çox maraqlı alınardı. Kim qalib gələrdi? Bunu demək olmaz. Amma belə düşünürəm ki, mən texnikada ondan üstün olardım”.
O, 60 yaşlı belçikalı aktyor kimi filmlərdən təkliflər aldığını, ancaq heç vaxt bunları qəbul etmədiyini bildirib:
“İki-üç dəfə belə təklif olub. Amma işimə görə imtina etmişəm. Daxili İşlər Nazirliyinin zabiti olaraq filmdə çəkilməyimə icazə yoxdur. “Fort Boyard” və “Maşın Şou”da cənab nazirə xüsusi məktub yazılıb deyə, iştirak edə bilmişəm. Axırıncı şouda da əlimi maşından oğlum xəstələndiyi üçün çəkmişəm”.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












