"Azəriqaz" bu ərazilərdə təmir işləri aparır

"Azəriqaz" İstehsalat Birliyinin Təmir-tikinti İdarəsi tərəfindən paytaxtın Azadlıq prospekti ilə Ziya Bünyadov küçələrinin kəsişməsində təmir işləri həyata keçirilir.
"Azəriqaz"dan verilən məlumata görə, Nəsimi və Binəqədi rayonlarının kəsişməsində diametri 530 və 325 mm olan ortatəzyiqli qaz kəmərlərinin əlaqələndirilməsi işləri aparılır.
"Əsas məqsəd abonentlərin qaz təchizatının yaxşılaşdırılması, hansısa xətdə qəza halı baş verərsə, digər xətdən qaz ötürməklə abonentləri dayanıqlı olaraq təbii qazla təmin etməkdir. Ərazidən çoxsaylı yeraltı kommunikasiya xətlərinin keçməsi texnikanın işləməsinə mane olduğundan əməkdaşlarımız işin ən ağır mərhələsini icra ediblər. Əl ilə qazma üsulundan istifadə edərək sözügedən ərazidə qazma işlərini yekunlaşdırıblar. Artıq qoşma işləri həyata keçirilir, günün sonunadək işlərin yekunlaşdırılması nəzərdə tutulub", - məlumatda bildirilib.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












