"Azərşəkər"in sabiq sədrinin məhkəməsi başladı

"Azərşəkər" MMC İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, eləcə də onunla birgə ittiham olunan Ruslan Ələsgərov və Əvəz Süleymanovun məhkəməsi başlayıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən birinin müdafiəçisi prosesə qatılmadığı üçün iclas təxirə salınıb.
Növbəti iclas yanvarın 21-nə təyin edilib.
Qeyd edək ki, onlar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə istintaqa cəlb olunublar.
Anar Mehdiyev "Azərşəkər" MMC-nin İdarə Heyətinin sədri vəzifəsini 2024-cü ilə qədər icra edib.
Onlar Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək), 313-cü (Vəzifə saxtakarlığı), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham olunur.
Cinayət işi üzrə "Azərşəkər" MMC və "Dastan Agro" MMC zərərçəkmiş kimi tanınıblar.
Cinayət işi üzrə dəymiş ziyan ödənildiyi onlar barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












