"Azərsu" səslənən fikirləri təkzib etdi - Orada asfalt yol olmayıb - VİDEO

Dünən sizə Sabunçu rayonu, Balaxanı qəsəbəsi 2-ci mədən ərazisindəki yol problemi ilə bağlı xəbər vermişdik. Vətəndaşlar iddia edirdilər ki, onların öz hesabına çəkdiyi yolu "Azərsu" yarasız hala salıb. Bu gün həm sözügedən qurumun rəsmisi, həm də podratçı şirkətin iş icraçısı həmin ərazidə olublar. Yekun qərarı sizə təqdim edirik.
Vətəndaş deyir ki, yolumuz asfalt idi, "Azərsu" yarasız hala saldı, qurumun nümayəndəsi və podratçı şirkətin iş icraçısı isə səslənən fikirləri təkzib edir.
Ərazi üzrə bələdiyyə müfəttişi Çingiz Hümbətov da, sakinlərlə eyni fikirdədir. O da bildirdi ki, ərazidə asfalt olub və yol "Azərsu" əməkdaşları tərəfindən bu hala salınıb.
Sakinlərin haqsız olduğunu, ərazidə asfalt örtüyünün olmadığını iddia edən podratçı şirkətin iş icraçısı isə sözügedən məhlənin iş aparılmadan öncə çəkilən fotolarını bizə və "Azərsu" rəsmisinə təqdim edəcəyini, bununla da haqlı olduğunu sübut edəcəyini bildirdi.
Şəkilləri gətirmək üçün gedən podratçı şirkətin iş icraçısı bir neçə saat sonra geriyə əliboş döndü. Sözügedən küçəyə məxsus nə bir sənəd, nə də foto yox idi. Məsələni yenidən "Azərsu"-ya yönləndirdik. Qurumun mətbuat katibi Anar Cəbrayıllı bildirdi ki, problem bu dəfə peyk görüntülərinə əsasən araşdırılıb.
Qeyd edək ki, "Azərsu" əməkdaşları Xəzər Xəbərin dünən efirə gedən materialından sonra əraziyə yollanıb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












