"Azəryolservis"də böhran - İKİ AYDIR MAAŞ VERİLMİR

"Azəryolservis" ASC-nin işçilərinə iki aydır ki, maaş verilmir. Avtosfer.az xəbər verir ki, bu barədə azadliq.info-ya adıçəkilən qurumdan məlumat daxil olub. İşçilər deyir ki, rəhbərlik maaş böhranının səbəbini izah etmir. "Heç nə demirlər. Biz isə iki aydır ki, gözləyirik", - deyə işçilər bildirir. Onların sözlərinə görə, xüsusilə "Azəryolservis" ASC-nin rayondakı idarələrində vəziyyət gərgindir. İşçilər deyirlər ki, indiyə qədər bu qurumda maaş böhranı olmayıb. "Azəryolservis"in tarixində belə bir şey olmayıb. Həmişə maaşımızı vaxtında almışıq. Amma artıq iki aydır ki, böhran yaşanır", - deyə işçilər vurğulayıb. Yada salaq ki, bir müddət əvvəl "Azəryolservis"də ixtisarlar olub. Bəzi iddialara görə, qurumun nəzdindəki idarələrin əhəmiyyətli hissəsi ləğv edilib. Nəticədə xeyli işçi ixtisara düşüb.
**
“Azəryolservis” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, “Azəryolservis” ASC büdcədən maliyyəşən qurumdur: “ Ola bilər ki, maaşların verilməsində 5-10 gün gecikmə yaransın. Amma iki aydır ki, maaşın verilməməsi doğru deyil. Büdcədən vəsait daxil olduqca işçilərin maaşı ödənilir. Burada heç bir problem yoxdur”.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












