Banner

“AZLİNG 2024 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Xəbərlər 24 Avqust 2024 15:30 Oxunub 1038
“AZLİNG 2024 - Azərbaycan dili və müasir dilçilik:  problemlər, perspektivlər və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Oktyabrın 5-də “Regional İnkişaf” İctimai Birliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “AZLİNG 2024 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda ənənəvi beynəlxalq elmi konfrans keçiriləcək. 2021-ci ildən neftçalalı dilçi alimlərin təşəbbüsü ilə təşkil olunan konfransda iştirak etmək istəyənlər abstraktlarını 15 sentyabr 2024-cü il tarixinədək [email protected] e-mail ünvanına göndərə bilərlər.

    Mövzular:

Ekolinqvistika və Azərbaycan dili; Beynəlxalq konfranslarda dil xidmətləri: tərcümə, qeyri-verbal ünsiyyət;

Təcili dil xidmətlərində normalar (Azərbaycan dili və xarici dillərdə);

Türkoloji dilçilikdə qədim dillərin tədqiqi;

Azərbaycan dilinin tədrisində kritik düşüncə meylləri;

Süni intellekt vasitəsilə dilin tədqiqi;

Dialekt və şivələrin tədqiqat metodları;

Tipoloji dilçilik kontekstində Azərbaycan dilinin tədqiqi;

Dil siyasəti və dil planlaşdırılması;

Sintaktik kartoqrafiya və Azərbaycan dili;

Azərbaycan dilinin praktik tətbiqi sahələri.

 

Konfransın təqvimi:

Abstraktların son qəbul tarixi: 15 sentyabr 2024-cü il

 Dəvətnamə vasitəsilə abstraktların təsdiqi: 20 sentyabr 2024-cü il

 Konfransın keçirilmə tarixi: 5 oktyabr 2024-cü il

 

Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis və rus dilləri

Abstraktlar 250-300 söz həcmində, “Times New Roman” şrifti ilə, 12 ölçüdə, sətirlərarası interval 1, səhifəkənarı ölçülər 2 sm olmaqla tərtib edilməlidir.

Abstraktla birlikdə iştirakçı formasını doldurub göndərməyiniz xahiş olunur.

Ünvan: Neftçala rayon Heydər Əliyev Mərkəzi

 Əlaqə vasitəsi: (+99451) 546 30 01; (+99450) 430 04 89

Qeyd: Yalnız konfransda məruzə edən iştirakçıların məqalələri müəyyən olunmuş elmi yazı qaydalarına və üslubuna tam riayət etmək şərti ilə linqvistik topluya daxil ediləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh