"AzParking" rəsmisi: "Cərimə səhv yazıla bilməz, başımla cavabdehəm"

"AzParking" mobil tətbiqində xəritədəki yanlışlığa görə cərimə yazılması məsələsi həqiqəti əks etdirmir".
Bu fikri açıqlamasında "AzParking"in İnformasiya Texnologiyaları sahəsinin (İT) rəhbəri Rövşən Qənbərov deyib.
O bildirib ki, istənilən "AzParking" nöqtəsində məntəqə səhv seçilərsə, cərimə gələ bilməz:
"Belə bir problem yoxdur, bunlar hamısı həll olunub. Bir vətəndaş öz sosial şəbəkə hesabında bu haqda yanlış informasiya yayıb, hər kəs də elə bilir ki, problem var. Oradakı situasiya fərqlidir. Həmin vətəndaş "AzParking" nöqtəsində avtomobilini avqustun 9-u saxlayıb, pul ödəməyib, cərimə yazılıb. Cərimə qanunla sistemdə 24 saat ərzində təsdiqlənməlidir. Buna görə də təsdiq avqustun 10-na düşüb. O da elə bilib ki, avqustun 10-da cərimələnib. Vətəndaş avqustun 10-u avtomobilini saxlayıb, pulunu ödəyib, problem yoxdur. Ancaq yazılan cərimə 1 gün öncənindir. Sistemdə problem yoxdur, buna başımla cavabdehəm. Bir ara kütləvi şikayət oldu, həll etdik".
(oxu.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












