"AzParking"dən ŞİKAYƏT: Problemi bilirlər, amma həll etmirlər

"AzParking" mobil tətbiqi istifadəçilərdə narazılıq yaradıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
İstifadəçi yazıb: "Mavi nöqtədə mənəm, xəritədə məndən əvvəl göstərilən parklanma nöqtəsinə daxil olub avtomobili parklamışam. Cərimə gəlir ki, səhv yerdə parklamısınız. Mən səhv yerdə saxlamamışam".

İstifadəçi eyni zamanda onu da qeyd edib ki, ərazidə parklanmaya baxan "AzParking" əməkdaşı da problemdən xəbərdar olduğunu və dəfələrlə agentliyə bu barədə məlumat verildiyini deyib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumdan cavab olaraq bildirilib ki, vətəndaşlar mobil tətbiqdə ən yaxın məntəqəni seçərkən məkan təyinetmə zamanı avtomobilin park edildiyi məntəqə bəzən tam dəqiq göstərilmir.
"Buna görə də ərazidə yerləşən məlumat lövhələrindəki məntəqə nömrəsini daxil etmək vacibdir. Vətəndaşların belə problemlərlə üzləşməməsi üçün mobil tətbiqdə növbəti texniki yenilənmə zamanı sözügedən məsələ də nəzərə alınacaq".
(oxu.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












