"Aztəminatlı ailələrə hüquqi yardım” adlı layihənin icrasına start verildi - FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə dəstəyi ilə Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyi 01 iyun 2024-cü il tarixindən “Aztəminatlı ailələrə hüquqi yardım” adlı layihənin icrasına start verib.
Avtosfer.az xəbər verir ki, bu layihənin məqsədi Azərbaycanda az təminatlı ailələrə hüquqi yardım göstərməkdir.
“Aztəminatlı ailələrə hüquqi yardım” layihəsi Ismayıllı, Qəbələ, Sabirabad və Saatlı rayonlarında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nin Uşaq və Ailələrə Dəstək Mərkəzlərində rayon sakinlərinə hüquşünaslar tərəfindən həftədə 2 dəfə olmaqla 4 saat hüquq yardım göstəriləcəkdir.
Layihə 4 ay müddətində (01 iyun-30 sentyabr 2024-cü il) 4 rayonu – İsmayıllı, Qəbələ, Sabirabad və Saatlı rayonlarını əhatə etməklə icra olunur.
Hal-hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində rayon sakinlərinə hüquşünas tərəfindən həftədə 2 dəfə olmaqla 4 saat hüquq yardım göstərilir.
Dövlət qurumları üçün müvafiq təklif və tövsiyyələr hazırlanacaq. Layihənin sonunda, həyata keçirilmiş hüquq yardım fəaliyyəti ərzində əldə olunmuş məlumatlar, verilmiş xidmətin növləri və nəticələri, müvafiq qısa və uzun müddətdə təsir imkanları,qanunvericilikdə mövcud boşluq və onun aradan qaldırılması yolları,həmçinin yerli səviyyədə aztəminatlı ailələr üçün daha yaxşı hüquq yardımı və ədliyyəyə çatımlılıq üçün təkliflər hazırlanacaqdır.
Dəyirmi Masa layihə fəaliyyətləri ilə bağlı ümumiləşmiş nəticələrin təqdimatı, hüquqi yardımı ilə bağlı mövcud problemə və çətinliklərin aradan qaldırılması yolları, dövlət qurumlarının bu sahədə səmərəliliyini artırılması məqsədilə edilə biləcək islahat istiqamətlərin özündə ehtiva edən siyasi dialoq vasitəsi olacaqdır.
25 nəfərin iştirakçı ilə Dəyirmi Masa keçiriləcək.Tədbirdə layihə üzrə tərəfdaş qurumlar, yerli təşkilatlar, QHT-lər, media və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək, layihə çərçivəsində hazırlanmış hesabat təqdim ediləcək, müvafiq tövsiyyələrin icra olunması istiqamətində mümkün seçim imkanları axtarılacaqdır, ingilis dilinə sinxron tərcümə və müasir tərcümə avadanlıqları təmin olunacaqdır.
Layihə çərçivəsindəki tədbirlərlə bağlı mütəmadi məlumat və fotolar paylaşılaraq ictimailəşdiriləcək və layihənin gedişatı ilə əlaqədar KİV-də yekun pres-reliz yayımlanacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
















