AzTU-da beynəlxalq elmi əməkdaşlıq və yeniliklərə dair vorkşop keçirilib - FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının 2024-cü ildə keçirilmiş son genişləndirilmiş iclasında qəbul edilmiş qərarlara əsasən, Rektorun yanında Beynəlxalq Məşvərət Şurasının yaradılması və universitetin beynəlxalq reytinqlərdə və akademik nüfuzunun artırılması ilə bağlı mühüm addımların atılması qərara alınıb. Bu qərarların icrası çərçivəsində Biotibbi Mühəndislik İnstitutunun direktoru professor Nuran Abdullayevə verilən tapşırıqlara uyğun olaraq beynəlxalq elmi əməkdaşlıq və yeniliklərə dair vorkşop keçirilib.
Görüşün əsas məqsədlərindən biri də tələbələrin elmə olan marağını artırmaq, onları beynəlxalq layihələrdə iştiraka həvəsləndirmək və müasir tədqiqat metodologiyalarını nümayiş etdirmək olub. Tədbiri giriş sözü ilə açan AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun direktoru professor Nuran Abdullayev bu istiqamətdə keçirilən tədbirlərin elmi inkişaf və tələbələrin gələcək karyera perspektivləri baxımından əhəmiyyətli bir addım olduğunu vurğulayıb. Daha sonra professor “Expertise in Mechanical Thrombectomy: Cutting-Edge Techniques for Improved Stroke Outcomes” mövzusunda çıxış edib. O, məruzəsində müasir tibb texnologiyaları və insultun müalicəsində mexaniki trombektomiya texnikalarının elmi əsasları barədə ətraflı məlumat verib və AzTU-nun professor-müəllim heyəti ilə müzakirə aparıb.
Bununla yanaşı, Nuran Abdullayev Biotibbi Mühəndislik İnstitutunda mövcud tədqiqat imkanları və Avropanın aparıcı elmi institutları ilə birgə fəaliyyət perspektivləri barədə də fikirlərini bölüşüb. O, gənc elm adamları üçün universitetin yaratdığı imkanlardan da danışıb.
Görüşdə həmçinin ABŞ-nin Massaçusets Universitetinin tələbəsi Kamran Ağayev müasir elektro mühəndislik sahəsində məruzə edib. Kamran Ağayev həm öz layihələrindən, həm də AzTU tələbələrinin Massaçusets Universiteti ilə birgə elmi fəaliyyət imkanlarından danışıb, auditoriyanın suallarını cavablandırıb. Bundan başqa, 2025-ci il üçün növbəti birgə layihələr və nəzərdə tutulan görüşlər barədə də müzakirə aparılıb.
Sudan xüsusi məqsədlərlə istifadəyə görə ödənişlər bu gündən qüvvəyə minir - RƏSMİ
Hospital binanın həyətində olan parklanma yerlərini zəbt edib? - VİDEO
Ramiz Mehdiyevə yeni ittiham elan olunub
FHN əhaliyə XƏBƏRDARLIQ EDİB
Sürücülərin NƏZƏRİNƏ: Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq
Prezident Qırğızıstana gedəcək - Media nümayəndələri yola düşdü
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi















