AzTV şəhid jurnalistin qardaşına vəzifə verdi

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) şəhid operator Sirac Abışovun qardaşını işə götürüb.
Sirac Abışovun qardaşı Şirzad Səmədov AzTV-nin Kinoproqramlar və Dublyaj baş redaksiyasında rejissor vəzifəsinə təyin olunub.
Xəbəri Şirzad Səmədovun özü də təsdiqləyib:
“Dəvətinə görə televiziyanın sədri Rövşən müəllimə dərin təşəkkürümü bildirirəm. Mənə göstərdiyi etimadı doğruldacağıma və qardaşım Sirac Abışovun adına layiq olacağıma söz verirəm”.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2020-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AzTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuş, dörd nəfər isə yaralanmışdı.
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Sirac Abış oğlu Abışov, Məhərrəm Əli oğlu İbrahimov və Arif Ağalar oğlu Əliyevi "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.///modern.az
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












