Bağlanış mərasimində bağlanacaq yolların adı açıqlandı

28 iyun Bakı 2015 İlk Avropa Oyunlarının Bağlanış Mərasimi günü ilə əlaqədar olaraq bağlanacaq yollar açıqlanıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, aşağıda qeyd olunan yollarda nəqliyyat vasitələrinin hərəkəti saat 16.00-dan gecə saat 2.00-a qədər məhdudlaşdırılacaq:
- Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağına qədər olan hissəsi
- Mehdi Hüseyn küçəsinin Parlament prospektindənTeymur Elçin küçəsi ilə kəsişməsinə qədər olan hissəsi
Bağlanış Mərasiminə bileti olan hər kəsə genişləndirilmiş iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri tövsiyə edilir.
Belə ki, iyunun 28-i metro səhər saat 06.00-dan gecə saat 02.00-a qədər və Ekspres Avtobuslar səhər saat 05.00-dan gecə saat 02.00-a qədər fəaliyyət göstərəcək.
Bakı 2015 Avropa Oyunları zamanı nəqliyyat haqqında ən son məlumat üçün aşağıda qeyd olunmuş mənbələrə müraciət edə bilərsiniz:
- www.baku2015.com
- Bakı 2015 Tamaşaçılar üçün Məlumat Mərkəzi - 2015 nömrəsinə zəng etməklə əlaqə saxlamaq olar;
- Radio dalğası (107.7 FM), internet səhifəsi (www.niim.az), Facebook səhifəsi və Məlumat Mərkəzi də daxil olmaqla, NİİM-in məlumat kanalları
Emin
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












