Bağlanış Mərasiminə görə Bakıda bu yollar bağlanacaq - SİYAHI

"Bakı-2015" İlk Avropa Oyunlarının bağlanış mərasimi ilə əlaqədar bu gün paytaxtın bəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırlacaq. Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, aşağıda qeyd olunan yollarda nəqliyyat vasitələrinin hərəkəti saat 16.00-dan gecə saat 02.00-a qədər məhdudlaşdırılacaq:
-Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağına qədər olan hissəsi
-Mehdi Hüseyn küçəsinin Parlament prospektindən Teymur Elçin küçəsi ilə kəsişməsinə qədər olan hissəsi
Bağlanış Mərasiminə bileti olan hər kəsə genişləndirilmiş iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri tövsiyə edilir. Belə ki, iyunun 28-i metro səhər saat 06.00-dan gecə saat 02.00-a qədər və Ekspres Avtobuslar səhər saat 05.00-dan gecə saat 02.00-a qədər fəaliyyət göstərəcək.
Bakı 2015 Avropa Oyunları zamanı nəqliyyat haqqında ən son məlumat üçün aşağıda qeyd olunmuş mənbələrə müraciət edə bilərsiniz:
-www.baku2015.com
-Bakı 2015 Tamaşaçılar üçün Məlumat Mərkəzi - 2015 nömrəsinə zəng etməklə əlaqə saxlamaq olar;
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, qeyd olunan müddət ərzində Hava Limanı istiqamətinə getmək istəyən sürücülər alternativ yol kimi Zığ-Aeroport yolundan (beton yol), cənub istiqamətindən gələnlər paytaxta daxil olmadan Xocahəsən yolu ilə Xırdalan dairəsi, oradan isə Binəqədi, Balaxanı, Zabrat və Buzovna qəsəbələrindən keçməklə Mərdəkan-Aeroport yoluna, qərb və şimal istiqamətindən gələnlər də Xırdalan dairəsindən eyni marşrut üzrə rahat və fasiləsiz hərəkət edə biləcəklər.
Fidan
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












