Bakı 2015-in reklamı Almaniyanın ictimai nəqliyyatında - FOTO

Almaniyanın ictimai nəqliyyatında Bakı 2015 Avropa Oyunlarına həsr olunmuş videoçarx nümayiş etdirilir. Avtosfer.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən trend-ə verilən məlumata görə, bu gündən etibarən Almaniyanın Drezden şəhərinin ictimai nəqliyyatında Bakı 2015 I Avropa Oyunlarının açılışı ilə əlaqədar olaraq beynəlxalq idman yarışına həsr olunmuş videoçarxın nümayişinə başlanılıb.
Drezden Alm.Az Cəmiyyəti tərəfindən həyata keçirilən aksiya çərçivəsində videoçarx şəhərdaxili və şəhərətrafı istiqamətdə çalışan bütün növ sərnişin nəqliyyatında (ümumilikdə 117 nəqliyyat vasitəsində) quraşdırılmış monitorlarda göstərilir.
30 saniyəlik videoçarxda Azərbaycanın bayrağı, Bakının simvolu olan Qız qalası, həmçinin paytaxtın görməli yerlərinin fotoları və Avropa Oyunları haqqında qısa məlumat öz əksini tapıb.
Videoçarx 3 gün ərzində 15 dəqiqə fasilə ilə Drezden sakinlərinə və şəhərə gələn qonaqlara təqdim olunacaq. Bü müddət ərzində I Avropa Oyunlarına həsr olunmuş videoçarxın 550 min sərnişinin izləyəcəyi gözlənilir.
Bundan başqa şəhərin mərkəzində yerli ictimaiyyətin və digər xaqların təmsilçilərinin iştirakı ilə Bakı 2015 I Avropa Oyunlarına həsr olunan daha bir tədbir keçirəcək.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək














