Bakı hava limanı bir sıra infrastruktur layihələri həyata keçirilir

Trend.az saytına müsahibəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda həyata keçirilən və perspektivdə olan infrastruktur layihələrindən danışan hava limanının direktoru Teymur Həsənov nəqliyyat vasitələrinin giriş-çıxışı və parklanma xidmətləri üçün proqram və texniki təminatın modernləşdirilməsinə diqqət çəkib. Qeyd olunub ki, artıq ziyarətçilər parklanma haqqını həm ödəniş terminallarında nağd və nağdsız şəkildə, həm də onlayn ödəyə bilirlər. Giriş-çıxışda tətbiq olunan yeni sistem nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının avtomatik tanınması texnologiyasına əsaslanır ki, bu isə öz növbəsində, vaxt itkisinin qarşısını alır. Teymur Həsənov həmçinin, “Bakı hava limanında innovativ layihə olan “e-Gate” - minikdən əvvəl təhlükəsizlik baxışı prosesinin avtomatlaşdırılması sisteminin tətbiq mərhələsində” olduğunun vurğulayıb. Bu sistem sayəsində sərnişinlər özləri uçuş öncəsi yoxlama zonasına sadəcə minik talonlarını toxundurmaqla daxil ola biləcəklər. “Hava limanının müxtəlif zonalarında sərnişin axınının monitorinqi və optimallaşdırılması sistemi layihəsi - “Passenger Flow Management System” tədqiqat mərhələsindədir. Perspektivdə Heydər Əliyev Beynəlxalq Aeroportunun daxili infrastrukturunun yenilənməsi, gözləmə zallarının, restoran və mağazaların modernləşdirilməsi kimi hədəflər də var” – deyə Bakı hava limanının direktoru əlavə edib.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












