Bakı hava limanında rekord göstərici: Ən yüksək sərnişin axını qeydə alınıb

Bu ilin ilk 8 ayında Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin axınında əhəmiyyətli artım müşahidə olunub.
Avtosfer.az xəbər verir ki, yanvar-avqust aylarında 5,038 milyondan çox sərnişinə xidmət göstərilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 33,2 % çoxdur. Ötən ilin 8 ayında xidmət göstərilən sərnişinlərin sayı 3,781 milyon nəfər təşkil edib.
Bu ilin avqustu hava limanının tarixində ən intensiv ay olub. Bu ay ərzində sərnişin axını 827 min nəfəri keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 % artım deməkdir. Orta hesabla, avqust ayında gündəlik təxminən 26 700 sərnişinə xidmət göstərilib.
Qeyd edək ki, bu artım Bakı aeroportunun infrastrukturunun genişləndirilməsi və sərnişinlərə daha çox reys və istiqamətlərin təklif olunmasının nəticəsidir. Heydər Əliyev Beynəlxalq Aeroportu regionun əsas hava qovşağı olaraq yüksək səviyyəli xidmətin və sərnişinlər üçün rahatlığın təmin edilməsi istiqamətində işlərini davam etdirir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












