Bakı Limanı: “Qazaxıstan istiqamətində yükdaşımalar sürətlə artır"

Qazaxıstan istiqamətində yükaşırılmasında sürətli artım müşahidə edilir.
Bunu Avtosfer.az-a açıqlamasında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli bildirib.
Onun sözlərinə görə, sözügüdən istiqaməti üzrə vaqon aşırılmasının artım tempi 3 dəfəyə yaxındır: “Eyni zamanda, Qazaxıstan istiqamətində gedən TIR daşımaları da iki dəfə artıb. Qazaxıstan istiqamətində 2021-ci ilin 4 ayında təqribən 5 min TEU konteyner aşırılmışdısa, 2022-ci ilin 4 ayında konteyner aşırılması 10 mini aşıb. Bu, geosiyasi vəziyyətin dəyişməsinin ilkin simptomlarını göstərir. Belə ki, Şimal dəhlizindən keçən yükləri mart-aprel ayından artıq aşırdırıq”.
Xatırladaq ki, Bakı Limanı Ələtdə iki əsas nəqliyyat dəhlizinin - Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Bakı Limanının inkişafı 2 mərhələ üzrədir. 2019-cu ildə birinci mərhələnin inkişafı başa çatdırılıb və sonra Bakı Limanında ümumi yükaşırma imkanı artaraq 15 milyon ton ümumi yük və 100 000 TEU-ya qədər konteyner olub. İkinci mərhələdə isə Liman kompleksinin tikintisinin ikinci mərhələsinin başa çatdırılması ilə Bakı Limanının ümumi yükaşırma imkanı artaraq 25 milyon ton ümumi yük və 500,000 TEU-ya qədər konteyner olacaq.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA











