Bakı metrosu iyunun 1-nə hazırdır - RƏSMİ

Bakı Metropoliten” sərnişindaşımaya hazır vəziyyətdədir. Əgər Nazirlər Kabineti yanında Operativ Qərargah iyunun 1-dən Bakı metrosunda sərnişindaşımanın bərpa edilməsinə qərar versə, sərnişindaşımada problem olmayacaq”.
Avtosfer.az “Ölkə.Az”a istinadən bildirir ki, bu haqda məlumatı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda metropoliten sərnişin daşınıb-daşınmamasından asılı olmayaraq infrastrukturun normla səviyyədə saxlanması üçün gündəlik texniki işlər görülür.
“Sərnişindaşınma ilə bağlı məsələyə gəldikdə bu bizdən asılı olan məsələ deyil. Epidemioloji vəziyyətdən asılı olaraq Operativ Qərəgah metroda sərnişindaşıma ilə bağlı müvafiq qərar verəcək”, - o qeyd edib.
B. Məmmədov onu da əlavə edib ki, metropolitenin hazırkı vəziyyətdə sərnişindaşıma ilə bağlı məsləsi “Elmlər Akademiyası” stansiyasındakı xətlərdə gedən təmir işləridir.
“Elmlər Akademiyası” stansiyasının hər iki tunelində ağac “şpalların dəmit-beton şpallarla əvəzlənməsi gedir. Bu təmir işlərinin də iyunun 1-dək yekunlaşması nəzərdə tutulur. Odur ki, “Bakı Metropoliten” iyunun 1-də sərnişindaşımaya tam hazır olacaq”, - o bildirib.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












