Bakı metrosu yeni layihələr həyata keçirəcək

“Bakı Metropoliteni” QSC yeraltı sulardan texniki su kimi istifadə etmək üçün yeni layihələr həyata keçirəcək. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, metroda yeraltı suların məkanı olduğu üçün burada gölməçələr çoxdur: “Metropoliten tunellərində formalaşan qrunt sularının yerüstü sahəyə çıxarılaraq səmərəli istifadə olunması məqsədilə "Nizami" stansiyası yaxınlığında nümunəvi layihə həyata keçirilib. Görülən işlərin davamlı olması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə də yeni eynitipli layihələr düşünülüb. Bundan sonrakı dövrdə də bu istiqamətdə fəaliyyət göstəriləcək”.
B.Məmmədov qeyd edib ki, metroda toplanan yeraltı sulardan texniki su kimi ağacların sulanmasında, şəhərin yuyulma və təmizlənməsində istifadəsinin genişləndirilməsi çox mühüm layihədir və bu həm də suya qənaət edilməsinə də səbəb olur.
“Bakı metrosunun özündə sudan qənaətlə istifadə edilməsi məqsədilə də bir sıra layihələr həyata keçirilib. Bunlara istehsalat sahələrinin tələbatı nəzərə alınaraq suların optimal qaydada bütün sahələrə çatdırılmasını, bununla bağlı bütün sistemin yenidən qurulmasını, yeraltı sulardan səmərəli şəkildə texniki su kimi istifadə edərək vaqonların yuyulması, ağacların suvarılması və başqa bir sıra layihələr daxildir”, - deyə o, vurğulayıb.
QSC rəsmisi diqqətə çatdırıb ki, metropolitendə Bakının eko-mühitinə təsir edən ən böyük layihələrdən biri kimi “Xocasən” elektrik deposunun istifadəyə verilməsini söyləmək olar: “Bu ərazi – təxminən 24 hektarlıq ərazi, depo istifadəyə verilənə qədər tullantılar məkanı idi. Həmçinin burada gölməçələrin yaranması antisanitar mühitin, ekoloji tarazlığın əsaslı şəkildə pozulmasına səbəb olurdu. Bu gün həmin ərazi tullantılardan təmizlənib və depo inşa edilib. Artıq eko-mühitə neqativ təsir göstərən gölməçələr yoxdur və xüsusilə də ərazidə abadlaşdırma işlərinin aparılması, 2 000-ə yaxın ağacın əkilməsi, görülən yaşıllaşma tədbirləri Xocasən qəsəbəsində ekoloji tarazlığın bərpa olunması istiqamətində ən böyük layihələrdən biridir”.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










