Bakı metrosunda "Sizinlə qürür duyuruq" layihəsi davam edir - FOTO

Sentyabrın 27-də Vətən müharibəsində şəhid olmuş qəhrəman övladlarımızın Anım Günündə “Bakı Metropoliteni” QSC-nin başladığı silsilə layihələrdən biri - "Sizinlə qürür duyuruq" bu gün 44 günlük Zəfər tarixinin yazılmasının iştirakçısı olmuş qəhrəman metropolitençilərə həsr olunub.
Avtosfer.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, sosial platformalarda geniş təqdim olunan metropolitençi Vətən müharibəsi iştirakçılarına həsr olunmuş sərgi “8 Noyabr” stansiyasında təqdim olunur.
Stendlərdə qəhrəman metropolitençilər haqqında, onların keçdiyi döyüş yolu ilə bağlı qısa məlumatlar təqdim olunur.
Bununla yanaşı, 8 Noyabr - Zəfər Günü ilə əlaqədar metropolitenin stansiyalarında dövlət rəmzləri ilə bəzədilib, poster və digər məlumatverici lövhələr quraşdırılıb. Stansiya və qatarların monitorlarında elektron posterlər nümayiş olunur.
Həmçinin 81-765B/766B tipli vaqon qapılarında “8 Noyabr” tərtibatı quraşdırılıb. Bütün qatarların ön hissəsi Zəfər tarixinin rəmzinə çevrilmiş Xarıbülbüllə bəzədilib


Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu











