Bakı metrosunun "Gənclik" stansiyasında iş rejimi gücləndiriləcək

UEFA Çempionlar Liqası turnirinin II təsnifat mərhələsində "Qarabağ" futbol klubunun bu gün Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlanacaq oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, görüşə tamaşaçı marağı nəzərə alınaraq, metropolitendə sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün bir sıra tədbirlər görüləcək.
Bakı metropoliteninin kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq bu arenanın yaxınlığında yerləşən "Gənclik" stansiyası qarşılaşma ərəfəsində gücləndirilmiş iş rejimi şəraitində çalışacaq. Plana uyğun qaydada nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli əsasında stansiyada sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq. Ehtiyat tədbirlər "Nərimanov" və "28 May" stansiyalarında da görüləcək.
Gün ərzində qatarlar yay qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq. Həmçinin oyundan sonra qatarların hərəkətinin məhz bu stansiyanın iş rejimi nəzərə alınmaqla xüsusi qaydada təşkili də nəzərdə saxlanılacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












