Bakı-Şamaxı yolunda eyni nişanların təkrarlanması ilə bağlı RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Bakı-Şamaxı yolu üzərində yol nişanlarının ard-arda təkrar şəkildə qoyulması ilə bağlı görüntülər yayılıb.
Görüntülərdən aydın olur ki, təkrarlanan eynitipli yol nişanları bir-birinə yaxın məsafədə quraşdırılıb. Sürücülər bunun səbəbini anlamadıqlarını bildiriblər.
Maraqlıdır, bəs görəsən, eyni nişanlar niyə təkrar quraşdırılıb?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, hazırda ölkənin magistral yollarında standartlara uyğun nişanların quraşdırılması həyata keçirilir:
"Eyni zamanda, köhnə, istismar vaxtı bitmiş nişanlar da yeniləri ilə əvəzlənir. Köhnə nişanlar hündürlüyünə, ölçüsünə və ən əsası işıqqaytarma qabiliyyətinə görə standartlara cavab vermir. Gecə saatlarında bir çox magistral yollarda işıqlandırma olmadığından nişanların işıq qaytarıcılıq qabiliyyəti təhlükəsizlik baxımından çox böyük önəm kəsb etdiyinə görə bu amilə xüsusi diqqət ayrılır. Köhnə nişanların işıqqaytarma qabiliyyəti ya zəifləyib, ya da tamamilə itirilib. Yeni nişanlar vahid rəng və ölçü standartlarına uyğun formada istehsal olunur, bütün nəqliyyat vasitələrinin sürücülərinin rahat görə biləcək hündürlükdə quraşdırılır və qaranlıqda yüksək işıqqaytarma qabiliyyətinə malikdir.
Bütün yol nişanları standartlara gətirilir. Nümunə olaraq, ötən il ərzində eyni proses Aeroport şosesində aparılmış və çoxlu sayda həm yol nişanı, həm də istiqamət göstərən məlumatverici nişan (böyük tablolar) quraşdırılıb, köhnə nişanlar isə əvəzlənib.
Quraşdırmanı və demontajı fərqli qruplar həyata keçirdiklərinə görə bəzi yerlərdə proses ərzində müvəqqəti təkrarlanma halları müşahidə olunur"./oxu.az
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












