"Bakı sığorta" şirkəti ziyanı ödəməkdən imtina edir - VİDEO

Mingəçevirdə bir şəxsin avtomobili qəzaya düşüb. Sığorta şirkəti isə dəyən ziyanın ödənilməsindən imtina edib. Şirkət səbəb kimi qəzanın həmin avtomobilin gəlir məqsədi ilə işlədilərkən qəzaya uğramasını göstərir. Bu hal müqavilə şərtlərində dəqeyd edilib. Avtomobil sahibi bununla razılaşmır.
Mingəçevir sakini Sərxan Rəhimov deyir ki, avtomobil qəzaya düşəndən sonra sığorta şirkəti pul ödəməkdən boyun qaçırır. Səbəbi avtomobildən kommersiya məqsədli istifadə etdiyinə görədir. Avtomobil sahibi sığorta şirkəti ilə müqaviləni 2012-ci ildə bağlayıb və bunun üçün 1681 manat pul ödəyib. Müqavilənin bitmə tarixi isə 2016-cı ilin noyabr ayıdır. Bir neçə gün əvvəl qəzaya düşən Sərxan Rəhimov iddia edir ki, maşına baxış keçirən sığorta şirkətinin nümayəndəsi onu aldadıb.
Sığorta şirkətindən isə bildirirlər ki, zərərçəkən avtomobili gəlin maşını kimi istifadə edərkən qəzaya düşdüyünü ərizəsində qeyd edib. Müqavilənin şərtlərində qeyd edildiyi kimi, bu hal gəlir əldə etmək məqsədi daşıdığına görə ona sığorta pulu ödənmir. Ekspertlər də bildirirlər ki, əvvəlcədən müəyyən edilmiş fəaliyyət növü dəyişirsə şirkət pulu ödəməkdən imtina edə bilər.
Bununla belə, müştəri sığorta şirkəti ilə bağlı narazılığını dövlət sığorta nəzarəti xidmətinə bildirə bilər.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












