“Bakı Sığorta”dan şikayət var - Ziyanı ödəmirlər

Qaradağ rayonu, Lökbatan qəsəbəsi Bünyadzadə 1B/m49-da yaşayan Nihal Kazımov “Bakı sığorta” şirkətinin ona ödəməli olduğu məbləğdən imtina etməsi ilə bağlı “qafqazinfo”ya müraciət edib. N.Kazımov bildirib ki, ona məxsus olan "Mersedes Benz" E320 markali 90-LD-778 dövlət nömrə nişanlı avtomobil sözügedən şirkət tərəfindən kasko üsulu ilə sığortalanıb: “Bu ilin oktaybrın 15-də yaşadığım ünvanda gecə saatlarında adı istintaqa məlum olan şəxs tərəfindən küt əşya ilə avtomobilin hissələri dərindən cızılıb. Beləliklə də, maşına 800-1000 civarında ziyan dəyib. Hadisə ilə bağlı polisi və sığorta şirkətini vaxtında məlumatlandırmışam və lazımi sənədləri təqdim etmişəm.
Lakin buna baxmayaraq “Bakı Sığorta” şirkəti mənə dəymiş maddi ziyanı ödəməkdən boyun qaçırır. Mənimlə bağladığı müqavilədə göstərilməyən müddəanı əsas gətirir. Müqavilədə heç bir rəng məsələsi yazılmayıb. Göstərdikləri əsas mənimlə bağlanılan müqavilədə öz əksini tapmayıb və qanuna ziddir. Mən bu şirkətə 480 azn məbləğində kasko sığorta haqqı ödəmişəm. Deyirlər ki, hara istəsən şikayət edə bilərsən. Bu şirkət elə şəxslərə məxsusdur ki, heç nə edə bilməzsən. Məcbur olub maşınımı özüm təmir etdirirəm”.
“Bakı sığorta” şirkətinin İctimaiyyətlə Əlaqələr, Marketinq və Müştəri Məmnuniyyəti Departamentinin rəhbəri Cavid Nemətzadə sözügedən problemə aydınlıq gətirib. Onun sözlərinə görə, maşın sahibi oktyabrın 15-də problemlə əlaqədar şirkətə müraciət edib: “Bu hadisədən əvvəl də həmin şəxs şirkətimizə müraciət etmişdi. Onun avtomobilinin dəmir hissəsi əzildiyi üçün biz ona dəymiş olan ziyanı ödədik. İkinci hadisədə isə, rəng örtüyünün zədələnməsi baş verib. Sığorta haqqında qanunun 30.1.14-cü maddəsinə görə, avtomobilin banı və hissələri zədələnmədən rəng örtüyünün qopması hadisəsi zamanı sığorta haqqının ödənilməsindən imtina edilir. Bütün müştərilimizə təqdim olunan müqavilədə bu qaydalar öz əksini tapıb. Müqavilələrin arxasına da “Kaska sığortası kitabı” da tikilib verilir. Burada da bütün qaydalar yazılıb. Ona görə də şirkət müştərinin avtomobilinə dəymiş ziyanın ödənilməsindən imtina edib”.




Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










