Bakı-Sumqayıt qatarı ilə bağlı şok iddia

Bütün sərnişinlərin böyük ümidlə gözlədiyi Bakı-Sumqayıt qatarının problemləri elə ilk günlərdə özünü göstərib. Adı sürətli qatar olsa da, sərnişinlər ən çox yeni nəqliyyat vasitəsinin sürətindən narazıdırlar. Səhər saatlarında Sumqayıtdan Bakıya gələn sakinlər qatarın yola çıxmasını gözlədikləri üçün işə gecikdiklərini deyirlər: «Qatarın yola düşmə vaxtı 07:50 göstərilsə də, azı yarım saat stansiyada gözləmək məcburiyyətində qaldıq. Bundan başqa 40 dəqiqəyə “28 May”a çatacaq deyilsə də, düz 54 dəqiqəyə çatdı. Sürəti çox zəifdir. Rahatlığı öz yerində, ancaq bu intervalla biz işə gecikirik. Səhər bu qərara gəldim ki, bir də bu qatardan istifadə etməyim. Bundansa 40-50 qəpik verib minərəm marşruta, elə 40 dəqiqəyə də çataram”.
Fuad Qarayev sosial şəbəkələrdə sürət qatarının sürətindən gileylənənlərdəndir: “Bu qatarlar işləyən insanlar üçün deyil. Boş insanlar üçündür ki, eləcə şəhərlərarası səyahət etsinlər. Qatarla getmək fikriniz varsa, azı 1 saat yarımı gözünüzdən çıxarın”.
Bütün bu problemlərlə yanaşı dünən sosial şəbəkədə Asif Niftəliyev adlı istifadəçi yeni qatarlarla bağlı şok iddia irəli sürüb. O, Sumqayıta getmək istədiyi qatarın Siyəzənə gedib çıxdığını qeyd edib və bu informasiya da sosial şəbəkədə geniş müzakirələrə səbəb olub: “Sumqayıta getmək üşün sentyabrın 19-u Dəmir Yolu Vağızalından 19:25 reysinə bilet aldım. Ancaq yolda məlum oldu ki, maşinist reysləri səhv saldığı üçün Biz Siyəzənə gəlmişik. Siyəzəndə maşinist ətrafdakı evlərdən harada olduğumuzu öyrəndikdən sonra geri-geri getməyə başladıq. Beləliklə, 40 dəqiqə deyilən yolu 2 saata getməli olduq”.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












