Bakı-Sumqayıt yolundakı tıxac problemi NƏ VAXT HƏLL OLUNACAQ? - Ekspert AÇIQLADI

“Bakı-Sumqayıt yolundakı tıxac probleminin həlli yolu var. Sadəcə böyük maliyyə tələb edir. Bu tıxac əsasən iki istiqamətdə yaranır”. Avtosfer.az xəbər verir ki, bu sözləri Sia-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, Xırdalan şəhərinə gedənlər, yəni tunelə daxil olmayanlar 2-3 zolaqda, bəzən isə 4 zolaqda tıxac yaradırlar: “Eyni zamanda şəhər istiqamətində körpü yükü tam götürə bilmir. Keçmiş nəqliyyat naziri Ziya Məmmədov yolaverdi körpü tikdi və həmin körpünün effekti bu gün bizim tələbatımızı 60%-ə qədər ödəyir, amma ümumi effekti 100% ola bilərdi. Bu körpünün şaxələnmə hissələri olmalı idi. Məsələn 20 yanvar dairəsinə daxil olmadan Şərifzadə küçəsinə çıxa bilərdik, eyni zamanda tuneldən "Şamaxinka" deyilən əraziyə çıxa bilərdik. Şəhər istiqamətindən Sumqayıt yoluna hərəkət edərkən 20 yanvar dairəsinə daxil olmadan körpünün üzəri ilə gedib "Şamaxinka" ərazisindən dönmək olardı. Əlavə xərclər yaratmadan bu işləri görmək olardı. Amma onlar standart körpü modelindən istifadə etdilər. Bunun nəticəsi bu gün dövlətə baha başa gəlir. Bu yaxınlarda Bakı-Sumqayıt yolunda təmir işi aparıldı. Xırdalan dairəsinə dönənlər üçün normal şərait yaratmadılar və Bakı-Sumqayıt yolunda tıxac məhz Xırdalan dairəsinə keçəndən sonra yoxa çıxır. Qeyd etdiyim kimi insanlar "Şamaxinka" yolunda da bu problemlə üzləşir. Bu problemin ümumiyyətlə aradan qaldırılması üçün kənar yollar yaradılmalıdır”.
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












