Bakı və Sumqayıtda restoran sahibləri cərimələniblər - FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Xəzər dənizinin sahil zolağında, çimərliklərdə sanitariya-gigiyena qaydalarına riayət edilməsi ilə bağlı tədbirləri davam etdirir.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, iyulun 5-də keçirilən növbəti belə tədbir zamanı Qaradağ rayonu Salyan şossesində yerləşən restoranların birindən dənizə çirkab suların axıdılması, Sumqayıt şəhərində isə dəniz sahilində yerləşən istirahət mərkəzlərinin birində atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacasına təmizləyici qurğuların quraşdırılmaması faktları aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinin (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) tələblərini pozduğuna görə həmin restoranın vəzifəli şəxsi Əlihəsən Həsənov və 237.1-ci (müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması) maddəsinin tələblərini pozduğuna görə istirahət mərkəzinin vəzifəli şəxsi Şəhriyar Məmmədov barəsində inzibati xəta haqqında protokollar tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var












