Bakı-Xocalı-Xankəndi-Şuşa reysinin ilk sərnişini - FOTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil edilən Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysinin ilk sərnişinlərinin yolasalma mərasimi keçirilib.
Avtosfer.az xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 07:30-da yola düşən avtobusa bilet əldə edən şəxs Aqşin Nəhmətə tarixi reysin ilk sərnişini kimi sertifikat təqdim olunub.
Qarabağ Universitetində təhsil almaq üçün Xankəndiyə yola düşən tələbəyə uğurlar arzulanıb.
Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində istifadəyə verilən müntəzəm avtobus reyslərinin təşkilində məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.
Hər gün Bakıdan Şuşaya saat 07:30-da yola düşən avtobuslar əks istiqamətə saat 15:30-da, aralıq məntəqələri Xankəndidən saat 16:00-da, Xocalıdan isə 16:30-da hərəkət edir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
















