Bakı Yeni ilin səhərini təmiz və səliqəli qarşıladı - FOTO

Hər il olduğu kimi, bu il də dekabrın 31-dən yanvarın 1-nə keçən gecə çoxlu sayda yerli sakin və xarici qonaq Yeni il atəşfəşanlığını izləmək üçün Bakının mərkəzinə toplaşıb.
Avtosfer.az xəbər verir ki, bayram gecəsi atəşfəşanlıq şəhərdə xüsusi bayram ab-havası yaradıb.
Bu qədər insanın bir araya gəldiyi tədbirlərdən sonra parkların, meydanların və küçələrin çirklənməsi isə adi və gözlənilən haldır.
Lakin buna baxmayaraq, bayram gecəsinin ardından paytaxtın təmiz və səliqəli vəziyyətdə olması hər kəsin diqqətini cəlb edib. İnsanların çox olduğu ərazilərdə Bakı şəhərinin kommunal xidmətləri operativ və səmərəli şəkildə fəaliyyət göstərib. Yanvarın 1-i səhər saat 06:00-a qədər artıq şəhərin küçələri, parkları və meydanları tam təmizlənib. Bu nəticə gücləndirilmiş rejimdə çalışan kommunal xidmət əməkdaşlarının böyük zəhmətinin göstəricisidir.
Bakıda keçirilən bayram tədbiri isə şəhərin kommunal təsərrüfat işçilərinin işinin yüksək səviyyədə təşkil olunması ilə yanaşı Prezident İlham Əliyevin siyasəti nəticəsində insanlarımızın həyat və mədəni səviyyəsinin durmadan artmasının əyani sübutudur. Bundan əlavə dövlət başçısının diqqət və qayğısı nəticəsində paytaxtın kommunal strukturlarının maddi texniki bazası hər il gücləndirilir.
Şəhər sakinlərinin və qonaqların bayramı təhlükəsiz və rahat şəkildə qeyd etməsi, ardınca isə Bakının qısa müddətdə əvvəlki səliqəli vəziyyətinə qayıtması paytaxtın müasir və davamlı inkişaf edən şəhər olduğunu bir daha sübut edir.
Qeyd edək ki, Bakının təmiz və nizamlı görünüşü dünyanın bir çox paytaxt şəhərlərində bayram gecəsindən sonra yaranan mənzərə ilə kəskin ziddiyyət təşkil edir. Məsələn, Fransanın paytaxtı Parisdə qalaq-qalaq zibil yığılması artıq adi hala çevrilib. Nyu-York şəhərində isə Yeni il tədbirlərindən sonra küçələrin vəziyyəti daha acınacaqlı idi. Vyetnam paytaxtı Hanoy şəhərində də bayram sonrası situasiya heç də urəkaçan deyildi. Bakı isə bu fonda təmizlik və nizam-intizam nümunəsi kimi seçildi.









Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











