Bakı yollarında vəziyyət necədir?

Hazırda Bakıda hərəkətin məhdudlaşdırılacağı əvvəlcədən elan olunmuş yollardan başqa, digər küçə və prospektlərdə nəqliyyatın hərəkətində problemlər yaşanmır.
Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Bölmə rəisi qeyd edib ki, bu gün Bakıda I Avropa Oyunlarının açılış mərasimi ilə əlaqədar əvvəlcədən elan olunmuş yollar üzrə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb: "Həmin ərazilər üzrə sürücülərin qaydalara əməl etməməsi halları müşahidə olunmur. Digər yollarda isə nəqliyyatın hərəkətində heç bir problem yoxdur, yollarda sıxlıq və tıxac yoxdur. Ümumiyyətlə, bu gün paytaxt yollarında nəqliyyat vasitələrinin sayının həddən artıq azaldığı müşahidə olunur. Bir daha I Avropa Oyunları kimi yüksək səviyyəli tədbirin keçirilməsinə anlayışla yanaşan bütün sürücü və avtomobil sahiblərinə təşəkkür edir, hamını ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini tövsiyə edirik".
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












