Bakıda 127 min manat dələduzluq edən HAKİM QARŞISINDA

127 min manat dələduzluqda təqsirləndirilən Sirac Quliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Avtosfer.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əfqan Hacıyevin icraatına verilib.
Qeyd edək ki, Bakı şəhər sakini Babək Əliyevin 127 min manat pulunun biznes qurmaq adı ilə Quliyev Sirac Kazım oğlu tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı müraciətinə Suraxanı rayon prokurorluğunda baxılıb.
Rayon prokurorluğunda müraciət əsasında cinayət işi başlanaraq aidiyyatı üzrə istintaq edilməsi üçün Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş, təqsirli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, istintaqın yekunlaşdırılaraq cinayət işinin məhkəməyə göndərilməsi və eləcə də vətəndaşa dəymiş zərərin ödətdirilməsi təmin edilib.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












