Bakıda 155 saylı avtobusun sürücüsündən özbaşınalıq - VİDEO

Bakıda sərnişin avtobusu sürücülərinin özbaşınalıqları davam edir. Bu barədə baku.ws-ə hər gün onlarla şikayət daxil olur. Şikayətlərdə ən çox avtobus sürücülərinin sərnişinlərlə kobud rəftarı, avtobusların istədikləri yerdə saxlamaları, bəzən isə dayanacaqlarda dayanmamaları barədədir. Bu gün isə redaksiyaya sərnişinlə dolu avtobusun yanacaqdoldurma məntəqəsinə girməsi barədə şikayət daxil oldu.
Şikayətdə bildirilir ki, 155 saylı sərnişin avtobusu içərisində sərnişinlər ola-ola yanacaqdoldurma məntəqəsinə girir və benzin doldurur. Hətta çox vaxt sürücü sərnişinlərə yanacaqdoldurma məntəqəsinə girməsi barədə xəbərdarlıq da etmir. Bu da sərnişinlərin və ətrafda olan insanların həyatını təhlükəyə atmaq deməkdir. Bu barədə dəfələrlə avtobusun sahibkarı İlham bəyə şikayət edilsə də, heç bir tədbir görülməyib.
Şikayət edən şəxs redaksiyaya sübut kimi videogörüntü də göndərib. Məsələni araşdırmaq üçün sahibkarla əlaqə saxlaya bilmədik.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












