Bakıda 28 yaşlı gənc belindən bıçaqlandı
Xəbərlər
21 May 2021 08:19
Oxunub 1136

Bakıda bıçaqlanma hadisəsi olub.
Avtosfer.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, 3-cü mikrorayon döngəsində 1993-cü il təvəllüdlü Abbasov Emil Elman oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













