Bakıda 5 evdən oğurluq edən şəxs tutulub - FOTO - VİDEO

Bakıda 5 evdən oğurluq edən şəxs tutulub.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilməsi ilə bağlı Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət olunub.
Belə ki, zərərçəkmiş mənzildən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını deyib.
Eyni məzmunlu müraciətlərlə Polis Bölməsinə ətraf ərazilərdə yaşayan daha bir neçə sakinin şikayət ərizəsi daxil olub.
Aparılan araşdırmalar zamanı oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib. 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tahir Qasımov saxlanılıb. Polis Bölməsində araşdırma aparılan zaman onun paytaxtın bir neçə rayonunda yerləşən ümumilikdə 5 evdən müxtəlif vaxtlarda təmir-tikinti alətləri, məişət və digər əşyalar oğurladığı məlum olub.
O, izahatında etdiyi oğurluqları etiraf edib.
Faktlarla əlaqədar 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat- istintaq tədbirləri davam etdirilir
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO













