Bakıda 5 gün bağlı olacaq yollar - SİYAHI

I Avropa Oyunları məşəlinin Bakıya gətirilməsi və beş gün ərzində bayram tədbirlərinin keçirilməsi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində müəyyən saatlarda nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev anspress-ə bildirib. Onun sözlərinə görə, bununla əlaqədar 7 iyun tarixində saat 13:30-dan həmin günün sonunadək paytaxtın Neftçilər prospekti, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Rəşid Behbudov küçəsi, Zərifə Əliyeva küçəsi və Rixard Zorge küçələrində, iyunun 6-dan 7-sinə keçən gecə saat 01:00-dan 03:00-dək və iyunun 7-sindən 8-nə keçən gecə saat 01:00-dan 04:00-dək Neftçilər prospektinin “Azneft” meydanından Muzey Mərkəzinə qədər olan hissəsində hər iki istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Habelə 10 iyun tarixində Şəmsi Bədəlbəyli küçəsi, Səməd Vurğun küçəsi, Bül-bül Prospekti, Rəşid Behbudov küçəsi, Azadlıq Prospekti, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi və Şövkət Ələkpərova küçəsində fasilələrlə 10-15 dəqiqə müddətinə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










