Bakıda adamı əzib keçən sürücülər də var - VİDEO

Seymur adlı daimi oxucu Avtosfer.az saytına müraciət edərək yol hərəkəti qaydalarından xəbərsiz olan sürücü tərəfindən kobudluqla üzləşdiyini deyir. Onun sözlərinə görə, noyabrın 17-də, səhər saat 11:46-da Babək prospekti ilə hərəkətdə olarkən qəflətən «Mersedes» markalı, 90-XJ-860 dövlət nömrə nişanlı avtomobil onun yoluna çıxıb. Nəticədə qəza şəraiti yaranıb. Amma Seymurun sayıqlığı nəticəsində qəzadan yan keçə biliblər: «Mən gördüm üstümə gəlir, tez maşını saxladım, dəyməyə imkan vermədim, sola çəkdim. Videodan da görünür ki, qayda pozan odur. Maşında anam da var idi. Sürücü düşüb məndən üzr istəmək əvəzinə, kobud danışmağa başladı. Deyirəm, adam bir üzr istəyər. Deyir, nə var, ölüm-itim yoxdur. Get kimə istəyirsən şikayət elə. Bax, belə insanlarımız var. Mənə deyir ki, görmürsən, «pavarotnik» yandırmışam. Deyirəm, «pavarotnik» yandırmaq o demək deyil ki, sən dönə bilərsən, gözləməlisən ki, yol boşalsın, sonra dönəsən».
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müracəi edən Seymur hesab edir ki, belə sürücülərin cərimələnməsi və ictimai qınağa cəlb etmək üçün görüntüləri yaymaq faydalı olar. Biz də bunu nəzərə alaraq həmin videonu təqdim edirik:
Emin
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












