Bakıda avtobusda "stop" düyməsinə görə dava düşdü - VİDEO

Avtobusda azyaşlının "stop" düyməsini sıxması sürücü ilə sərnişin arasında mübahisəyə səbəb olub. Mübahisə o həddə çatıb ki, sürücü ilə sərnişin biri-birini təhqir ediblər. Avtosfer.az xəbər verir ki, hadisə Bakıda fəaliyyət göstərən 39 nömrəli sərnişin avtobusunda baş verib. Həmin anları isə sərnişinlərdən biri mobil telefonla çəkərək sosial şəbəkələrdə paylaşıb. Məlumata görə, yaşlı qadının yanında olan nəvəsi səhvən avtobusun salonundakı ''stop'' düyməsini sıxıb. Buna etiraz edən sürücü ilə sərnişin arasında mübahisə yaranıb. Məhz bundan sonra əvvəlcə qadın, daha sonra isə sürücü bir-birinin ünvanına xoşagəlməz ifadələr işlədiblər.
Baş verənlər avtobusdakı digər sərnişinlərin də narazılığına səbəb olub. Hər kəs sürücüyə irad bildirərək, yaşlı qadını təhqir etməməsini deyib.
Baş vermiş hadisəyə Bakı Nəqliyyat Agentliyi də reaksiya verib. Qurumun mətbuat katibi Mais Ağayev deyib ki, daşıyıcı şirkət bu hadisə ilə bağlı Agentliyə çağırılıb. Şirkətin rəhbərindən izahat alınıb və məlum olub ki, sərnişinlə mübahisə edən Natiq Abdulrzakov adlı sürücüdür.
Daşıyıcı şirkətdən ''Xəzər Xəbər''ə bildirilib ki, sərnişinlə mübahisə edən sürücü ilə bağladıqları əmək müqaviləsinə xitam verilib.
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?












