Bakıda avtobuslar yarışa çıxdı – Təhlükə, söyüş və lotuluq - REAL VİDEO

Bakıda 36 və 81 nömrəli avtobusların yarışa çıxmasını əks etdirən görüntülər yayılıb. Görüntüləri Avtosfer.az-a oxuculardan biri göndərib. Kadrlardan da məlum olduğu kimi, sentyabrın 14-də, saat 19.08 radələrində 36 və 81 nömrəli avtobusların sürücüləri dayanacağa daha tez çatmaq üçün təhlükəli hərəkətlərə əl ataraq ötüşürlər. Onlar hətta bir-birlərinə və ətrafdakı avtomobillərə qəza şəraiti də yaradırlar. Özbaşınalıq o dərəcəyə çatıb ki, "Daewoo" markalı, 10 TG 534 dövlət nömrə nişanlı avtobusun sürücüsü dayanacaqda sərnişin götürəndən sonra onun hərəkətlərinə etiraz edən sürücülərin yolunu kəsir. O, qarşı tərəf boş olduğu halda asta sürətlə hərəkət edərək sanki həmin sürücülərə acıq verir.
Bakı Nəqliyyat Agentliyi və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bu sürücülərlə bağlı müvafiq tədbir görəcəyinə inanırıq.
Elmin
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ













