Bakıda avtomat, qumbara, siqnal minaları və sursat tapıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
"FHN-dən Avtosfer.az-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 2 ədəd kustar üsulla hazırlanmış partladıcı qurğu, 2 ədəd AKM avtomatının darağı, 1 ədəd TT tapançasının darağı, 1 ədəd Makarov tapançasının darağı, 2 ədəd F-1 əl qumbarası, 10 ədəd CM-320 siqnal minası, 7 ədəd MUV-1, 180 ədəd kapsul detonator, 4 ədəd NSP siqnal patronu, 2 ədəd siqnal minası, 43 ədəd müxtəlif çaplı patron, 1 ədəd 7.62 mm-lik təlim mərmisi olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO
Prezidentdən Naxçıvanla bağlı mühüm FƏRMAN
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO
“Yol hərəkəti təhlükəsizliyi" çərçivəsində ictimai müzakirə keçirilib - FOTOLAR
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi










