Bakıda avtoxuliqanlığa görə saxlanılan şəxs əvvəl at oğurluğuna görə tutulub - FOTO

Bakıda icarəyə götürdüyü avtomobillə xuliqanlıq edən sürücü barəsində daha əvvəl iki cinayət işi də açılıb.
Avtosfer.az xəbər verir ki, hüquq mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, KİA markalı nəqliyyat vasitəsi ilə Nəsimi rayonu ərazisində yol polisinin “Saxla!” əmrinə tabe olmayan Sadiq Hüseynov 4 il əvvəl (2017-ci ildə) Şabran rayonunda at oğurluğuna görə saxlanılıb.
Dörd il keçəndən sonra isə S.Hüseynov at oğurluğuna görə onu saxlayan, vəzifəsindən azad edilən sabiq polis əməkdaşına hücum çəkdiyi üçün barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi açılıb.
Hazırda isə o, paytaxtda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, avtoxuliqanlıq etdiyi üçün saxlanılıb.
Barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












