Bakıda bal almağa gedənləri yol polisi cərimələyir

Avtosfer.az-ın daimi oxucularından biri bu gün redaksiyamıza maraqlı məlumat göndərib. O bildirib ki, Bakının Nizami küçəsində («Land-mark»dan sonra) bal yarmarkası keçirilir. Yarmarkaya gələnlərin maşınlarını isə yol polisi evakuasiya edərək cərimə meydançasına aparır: «Camaat yarmarkaya gedib çıxana qədər DYP əməkdaşları evakuatorla maşınları cərimə meydançasına aparır. İnsanlar 20 manatlıq bal alıb yarmarkadan çıxır və görür ki, maşın yoxdur. Oturur taksiyə, 5 manat verib gedir cərimə meydançasına, orada da 40 manat cərimə edilir. Təsəvvür edin ki, 20 manatlıq bal 70 manata gəlib çıxır. Hər gün burada dava düşür. Axırda yarmarka işçiləri də yol polislərinə etiraz edib bildirdi ki, dövlət bizə şərait yaradır, biz burada məhsulumuzu satırıq, amma siz imkan vermirsiz insanlar gəlib rahat alış-veriş etsinlər. Bir neçə dəfə yol polisləri ilə qarşıdurma yaranıb. Amma yenə də xeyri yoxdur. Orada elə yer var ki, yolun nə sağında, nə də solunda dayanma-durmanı qadağan nişan var. Amma oradan da maşınları cərimə aparırlar. Bu da həm yarmarkada bal satanları, həm də bal almağa gələnləri narahat edir».
Fərid
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












