Bakıda biabırçılıq – Avtobus dayanacağına parkomat qoydular - FOTO

Tanınmış jurnalist Eldar İsmayılov yol hərəkətinin təşkili ilə bağlı biabırçı mənzərəni ifşa edib. Avtosfer.az-ın məlumatına görə, E.İsmayılov sosial şəbəkələrdə foto paylaşaraq bildirib ki, həmin foto Bakının Nəsimi rayonu, Bakı Sağlamlıq Mərkəzinin qarşısı, Həsən bəy Yusifbəyli küçəsində çəkilib: «Avtobus dayanacağı nişanının qarşısında parkomat qurğusu qoyulub və dayanacaq maşınların park edilməsi üçün xəttlənib. Nişanı da, parkomatı da dövlət təşkilatı qoyub. Bir-birini təkzib edir. Bu sahəyə cavabdeh məmurların bilik və qabiliyyətləri yalnız buna çatır. Qəribə deyilmi? Bu məsələyə hörmətli ekspertimiz, hüquqçu dostumuz Ərşad Hüseynovun ətraflı şərh verməsini arzu edərdim».
Ekspert Ərşad Hüseynov isə bildirib ki, bu mənzərə həqiqəğən də biabırçılıqdır: «Bu kimi vəziyyətlər yol hərəkətinin təşkilindəki pərakəndəliyin, birinin dediyini digərinin eşitməməsinin, hər kəsin qanunu yox, öz bəsit düşüncəsini rəhbər tutmasının nəticəsidir. Sağ olun ki, belə şeyləri qabardırsınız. Yəqin çarə qılarlar».
Emin
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək













