Bakıda biabırçılıq; maşınlar həm dayana bilər, həm də cərimələnər - FOTO

Oxuculardan biri Avtosfer.az-a maraqlı bir foto göndərib. Adının çəkilməsini istəməyən oxucumuz xahiş etdi ki, bu fotonu yaymaq lazımdır. Çünki fotonun çəkildiyi yerdə "Qoşa qala" qapısının yanında sürücülər üçün tələ qurulub. Burada dayanma-durmanı qadağan edən nişan da var, parkinqə icazə verən nişan da. Üstəlik, parkomat da quraşdırılıb. Lakin burada kim maşın saxlasa, yol polisləri gəlib ya yerində cərimə yazır, ya da evakuatorla götürüb aparırlar.
Məsələ ilə bağlı Avtosfer.az-a fikirlərini açıqlayan yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, Bakının mərkəzi küçələrindən biri olan İstiqlaliyyət küçəsindəki bu mənzərə paytaxtımızda hərəkətin təşkilinə və hərəkət təhlükəsizliyinə yanaşmanı əks etdirir: «Doğurdan da biabırçılıqdır. Sanki şəhərin küçələrində bu işləri qalaktikanın bir-birinə düşmən müxtəlif planetlərinin sakinləri həyata keçirirlər. Biri (DYP) yol nişanı qoyub ki, burada nəinki parklanmaq, hətta bir neçə saniyə müddətinə dayanmaq da qadağandır. İkinci qurum isə (Bakı şəhər İcra Hakimiyyəti Xüsusi təyinatlı avtonəqliyyat İdarəsi) həm parklanma yeri nişanı, həm də müasir parkomat qoyaraq deyir ki, burada nəinki parklanmaq olar, hətta yaxşı pul da qazanmaq olar».
Bu mənzərə ölkəmizdə yol hərəkətinin təşkili ilə bağlı vəziyyəti tam aydınlığı ilə ortaya qoyur. Camaat baş sındırır, elmi-tədqiqat institutları cəlb edir, araşdırmalar aparırlar ki, nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini necə təşkil etsin. Bizim bu işə məsul olan bəzi qurumlar isə deyəsən, “səhər kim tez oyansa” prinsipi ilə çalışır. Yəqin DYP-də tıxaclara görə danlanmaqdan qorxaraq İstiqlaliyyət küçəsinin həmin hissəsində dayanmanı qadağan edən nişan qoyurlar. Bakı ŞİH-də isə buranı öz gözəl parkomatlarının yerləşdirilməsi və pul qazanmaq üçün növbəti yer kimi görüblər. Nə deyirik. İkinizin də işiniz avand olsun.
P.S . Fotoda əks olunan "parkinq"dəki avtomobillərdən birinin duruşu da diqqəti cəlb edir. O, hamının əksinə dayanaraq bu mənzərəni məntiqi olaraq tamamlayır: belə sürücülərə elə hərəkətin belə təşkili yaraşır, yaxud da, əksinə, hərəkətin belə təşkil olunduğu yerə belə sürücülər yaraşıq verir.
Elməddin
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI













